Belarus hökumətinin yeni tərkibi müəyyənləşib
Minsk, 4 iyun, AZƏRTAC
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin yeni hökumətini formalaşdırıb.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, ölkə Prezidentinin sərəncamı ilə Roman Qolovçenko Belarusun yeni Baş Naziri təyin olunub. Buna qədər o Belarus Hərbi Sənaye Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.
Bundan başqa İvan Tertel Dövlət Nəzarəti Komitəsinin sədri, Nikolay Snopkov Baş Nazirin Birinci müavini, Aleksandr Subotin Baş Nazirin müavini, Ruslan Parxomoviç Tikinti və Arxitektura naziri, İqor Lutski İnformasiya naziri, Petr Parxomçik Sənaye naziri, Yuriy Seliverstov Maliyyə naziri, Dmitriy Matusoviç Əmlak məsələləri üzrə Dövlət Komitəsinin sədri, Dmitriy Pantus Belarus Hərbi Sənaye Dövlət Komitəsinin sədri, Andey Xmel Yaşayış Kommunal Təsərrüfatı naziri, Dmitriy Krutoy Prezident Administrasiyasının rəhbərinin müavini təyin edilib.
Qeyd edək ki, iyunun 3-də Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin buraxılması haqqında qərar verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]