Belarus yığmasının baş məşqçisi: Finalda Azərbaycan voleybolçuları ilə görüşməkdən şad olacağıq
Bakı, 27 sentyabr, AZƏRTAC
Qadınlar arasında voleybol üzrə Avropa çempionatının finalında Azərbaycan komandası ilə görüşməyimizə şad olacağıq.
Bu sözləri Belarus voleybol yığmasının baş məşqçisi Pyotr Xilko AZƏRTAC-a müsahibəsində deyib.
Belarus voleybolçuları Çexiya komandasına 3:2 hesabı ilə qalib gəldikdən sonra dörddəbir finala çıxıblar.
Belarus-Çexiya matçının yekunlarını şərh edən P.Xilko oyunun heç də asan olmadığını deyib: “Komandamız özünü küncə salmağı və sonra oradan məharətlə çıxmağı sevir. İkinci partiyanın sonunda biz udmalı idik. Lakin matçın üçüncü hissəsində taktikanı dəyişdik. Üçüncü setdə Kovalçukun əvəzinə Xarelik və Smirnovanı oyuna qoşduq. Onlar topu uğurla ötürdülər. Beləliklə, oyunda müsbət məqamların sayı xeyli çoxaldı”.
Növbəti matçın Serbiya voleybolçuları ilə olacağını qeyd edən P.Xilko deyib ki, rəqib komanda çempionatda ən güclü komandalardan biridir, lakin qələbəyə ümid var: “Biz öz vəzifəmizi minimum yerinə yetirmişik, buna görə də indi bir qədər dincəlmək və sonra oyunu udmaq olar”, - deyə P.Xilko əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:00]
UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]