Belçika Ukraynaya F-16 təyyarələrinin tədarükünü təxirə salıb
Bakı, 21 fevral, AZƏRTAC
Brüssel F-35 təyyarələrinin Belçikaya çatdırılmasında gecikmə səbəbindən Ukraynaya F-16 qırıcılarının tədarükünü azı bir il təxirə salıb.
AZƏRTAC xəbər verir ki, Belçika ordusunun Baş qərargah rəisi, Hərbi Hava Qüvvələrinin generalı Frederik Vansina bunu “Soir” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, Belçikaya F-35 təyyarələri yalnız 2025-ci ilin sonunadək tədarük olunacaq.
2024-cü il dekabrın 18-də Belçikanın F-16 qırıcılarını vəd etdiyi vaxtda Ukraynaya çatdıra bilməyəcəyi məlum olub. Ölkənin müdafiə naziri Lüdvin Dedonder bunu təlim keçmiş ukraynalı pilotların olmaması və ehtiyat hissələrinin çatışmazlığı ilə əlaqələndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]