Azərbaycan Dövlət İnformasiya Agentliyi

Belçika və Niderland parlamentlərinin qərəzli qətnamələri sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır RƏY

Belçika və Niderland parlamentlərinin qərəzli qətnamələri sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır  RƏY

Bakı, 22 aprel, AZƏRTAC

Dövlətimizin başçısı İlham Əliyevin “İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur” fikirləri bu günlərdə Belçika və Niderland parlamentləri nümayəndələr palatalarının qəbul etdikləri, Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlarına zərbə vurmaq məqsədi daşıyan qətnamələrin nə qədər əsassız, sülhə qarşı yönəlmiş təxribat olduğunu bir daha təsdiqləyir. Azərbaycana qarşı zaman-zaman belə qərəzli qətnamələr qəbul edilsə də reallıqlarımız onların adi kağız parçasından başqa bir şey olmadığını həm həmin sənədlərin müəlliflərinə, həm də ümumilikdə Azərbaycanın uğurlarını, müstəqil siyasətini, regionda və dünyada yerinin, nüfuzunun möhkəmlənməsini həzm edə bilməyən dövlətlərə əsaslı şəkildə nümayiş etdirib. Belə heç bir reallığa söykənməyən sənədlər Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə təsir etmək imkanında deyil və edə də bilməz. Hazırda Azərbaycanın dünyaya təqdim etdiyi sülh təcrübəsi, modeli beynəlxalq arenada yüksək səviyyədə təqdir edilir, yeni əməkdaşlıq modellərinin yaradılması fonunda ölkələr, xalqlar daha da yaxınlaşır, sülhün, təhlükəsizliyin, qarşılıqlı etimad mühitinin mövcudluğunun dövlətlər arasında əlaqələrin inkişafında əhəmiyyətli rolu bir daha açıqlanır. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” diplomatik uğurla yanaşı, eyni zamanda, Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, Belçika və Niderland parlamentləri nümayəndələr palatalarının qətnamələrində Azərbaycan ilə Ermənistan arasında keçmişdə mövcud olmuş münaqişənin tarixi, nəticələri təhrif edilir, beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulur. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin mahiyyətindən, 30 illik işğal dövrünün reallıqlarından, 44 günlük Vətən müharibəsini şərtləndirən amillərdən, tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı yeni reallıqlardan xəbərsiz olan həmin qətnamələrin “müəllifləri” erməni faşizminə sevgilərini nümayiş etdirmədən öncə gerçəklikləri öyrənmək barədə düşünsəydilər daha yaxşı olardı. Onların qəbul etdikləri bu sənədlər qeyri-sağlam və irqçi təxəyyülün məhsuludur. Azərbaycan atdığı hər bir addımında ədalətə və beynəlxalq hüquqa söykənir. Azərbaycan qalib dövlət olmasına baxmayaraq, regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün qarşı tərəfə sülh təklifini etməklə dünya tarixində ilkə imza atdı. Hər zaman vurğulandığı kimi, bu, tarixi Zəfərimizəqədərki dövrün reallıqlarını, Azərbaycanın yaşadığı faciələri, soydaşlarımızın qaçqın və məcburi köçkün düşmələrini, şəhidlərimizi unutmağımız anlamına gələ bilməz. Sadəcə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi zamanın tələbidir. Bu baxımdan Belçika və Niderland parlamentariləri çirkin niyyətlərini, məqsədlərini erməni sevgisi adı altında ört-basdır etməyə çalışanda qeyd etdiyimiz reallıqları unutmamalı idilər. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında qeyd etdiyi kimi, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir.

Siyasi motivli qətnamələr Azərbaycan üçün, sadəcə, kağız parçasıdır

Vüqar Rəhimzadə vurğulayıb ki, Belçika və Niderland parlamentləri nümayəndələr palatalarının aprelin 16-da qəbul etdikləri heç bir əsasa söykənməyən, qərəzli qətnamələr Azərbaycan-Ermənistan sülh prosesinə, regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönələn addımlara zərbə vurmaq məqsədi daşıyır. Ötən ilin avqustunda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistanla Azərbaycan arasında tarixi sülh razılaşmasının əldə edilməsi regionda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Həmin sülh gündəliyində beynəlxalq hüququn beş əsas prinsipi öz əksini tapıb. Belçika və Niderland parlamentarilərinin sülh gündəliyində əksini tapmayan tələbləri gündəmə gətirmək cəhdləri sülh prosesinə əngəl olmağa, regionda formalaşan həssas balansı pozmağa hədəflənir. Bu qətnamələr Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı ilk qərəzli addımları deyil. Belə təşəbbüslər dəfələrlə olub və artıq sistemli xarakter alıb. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq münasibətlər sistemində yerinin və mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, bu kimi qərəzli qətnamələr bəzi dünya dövlətlərinin ikili standartlara əsaslanan siyasətinin tərkib hissəsidir. Azərbaycanın müstəqil siyasətini, uğurlarını həzm edə bilməyən dövlətlər bu gün tarixi Zəfərimizin, suverenliyimizin bərpasının regionda və dünya siyasətində yaratdığı yenilikləri böyük qısqanclıq hissi ilə qarşılayırlar. Azərbaycanın dünyaya təqdim etdiyi dayanıqlı inkişaf modelini, sülh və əməkdaşlıq nümunəsini həzm etmək üçün ədalətin, beynəlxalq hüququn yanında olmaq lazımdır ki, bu da bəzi dövlətlərin maraqlarına uyğun deyil. Bu baxımdan ölkəmizə qarşı qəbul edilən, Azərbaycan üçün sadəcə kağız parçası olan qətnamələr hüquqi deyil, siyasi motivlidir. Azərbaycan hər zaman tutduğu yola sadiqdir. Heç bir qüvvə Azərbaycanın siyasi iradəsinə təsir etmək imkanında deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır