Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Bakı, 30 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndələri ilə görüş keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər və onların həlli istiqamətində qurumlararası əməkdaşlığın genişləndirilməsi, bu sahədə işçi qruplarının fəaliyyətinin intensivləşdirilməsi məsələləri müzakirə edilib. Bununla yanaşı, bələdiyyə torpaqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı, torpaq sahələrinin ayrılmasına dair rəyin verilməsi, icarəyə verilmiş bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların təyinatına uyğun istifadə edilməməsi halları ilə bağlı tədbirlər, mülkiyyətə və ya icarəyə verilən bələdiyyə torpaqlarının qiymətləndirilməsi və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK
- 02.10.2026 [18:17]
“Bitcoin”in qiyməti 87 min dollara çatır
- 02.10.2026 [17:26]
Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir
- 02.10.2026 [17:14]