“BƏNÖVŞƏLƏR” QƏSƏBƏSİ SAKİNLƏRİNİ QƏBUL EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ağdamlı məcburi köçkünlərin 214 evdən ibarət “Alıbəyli-1” və “Alıbəyli-2” qəsəbələrinə köçürülməsi başa çatdırılmış, 460 ailəlik “Bənövşələr” qəsəbəsi ilk sakinlərini qəbul etməyə başlamışdır. Dövlətqaçqınkom sədrinin göstərişi ilə yaradılmış komissiya yeni qəsəbəyə köçürüləcək ailələrin siyahısını dəqiqləşdirmişdir. Qəsəbədə bütün infrastrukturlar yaradılır, o cümlədən məktəb binasında, digər sosial obyektlərdə son tamamlama işləri aparılır.
Xatırladaq ki, Prezidentin Sərəncamına uyğun olaraq, Dövlət Neft Fondunun vəsaiti hesabına köçkünlər üçün Ağdamda 12 qəsəbə tikiləcəkdir. Qəsəbələr inşa olunduqdan sonra orada çadır şəhərciklərində və vaqonlarda yaşayan 3 min 860 məcburi köçkün ailəsi məskunlaşacaqdır.