BƏRDƏ PAMBIQÇILARI İLİ UĞURLA BAŞA VURMUŞLAR
“Qarabağ-Pambıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Qabil Süleymanov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, son illər rayonda pambıqçılığın inkişafına diqqət artırılmış, əkin sahələri genişləndirilmişdir. Cari ildə 7 min 053 hektar sahəyə çiyid səpilmişdir ki, bu da ötən illə müqayisədə 2 min 330 hektar çoxdur. Əkin sahələrinin genişləndirilməsi sayəsində 2 min nəfərdən çox adam mövsümi işlərə cəlb olunmuş, 1700 torpaq mülkiyyətçisi və fermer təsərrüfatı ilə müqavilə bağlanmışdır. Sahələrdə, əsasən, “Ağ qızıl”, “Muğan-95”, “30-38” və digər yüksək məhsuldar sortlar əkilmişdir. Hazırda gələn ilin məhsulu üçün sahələr şumlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]