Bərdədə su kanalında tələf olmuş 13 baş iribuynuzlu heyvan zərərsizləşdirilərək məhv edilib
Bakı, 3 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 1003 - Çağrı Mərkəzinə daxil olan müraciət əsasında Bərdə rayonunun Alpoud kəndi ərazisindən keçən köməkçi su kanalına baxış keçirilib. Su kanalında tələf olmuş, sahibi məlum olmayan 13 baş iribuynuzlu heyvan aşkarlanıb.
Heyvanların hansı səbəbdən tələf olduğunu müəyyən etmək məqsədilə daxili orqanlarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Tələf olmuş heyvanlar Bərdə rayonu ərazisində Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilərək məhv edilib. Ərazidə aidiyyəti üzrə müvafiq qurumun əməkdaşları tərəfindən dezinfeksiya işləri aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]