Bərdədəki Şəhidlər xiyabanında təmir-abadlıq işləri başa çatıb
Bərdə, 3 mart, AZƏRTAC
Bərdə şəhərindəki Şəhidlər xiyabanında təmir-bərpa və abadlıq işləri başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər veir ki, Xiyabanda şəhid məzarlarının kənarlarında qranit və mərmər döşəmə örtüyü, qranit lövhə və arxa divarlar təmir edilib, ərazidə texniki bərkitmə işləri aparılıb, yerə 1600 kvadratmetr tamet üzlük döşənib. Xiyaban ərazisi dekorativ divarla ümumi qəbiristanlıqdan ayrılıb. Ərazidə yaşıllıq zolaqları yaradılıb, su sistemi quraşdırılıb, giriş qapısı, şəhid bulağı kompleksi, işıqlandırma sistemi bərpa olunub, oturacaqlar və çöp qabları qoyulub. Xiyabanın girişinə, əsas yol və keçidlərə asfalt örtük vurulub.