Berlin Kinofestivalında “Qızıl Ayı” fəxri mükafatı Martin Skorsezeyə veriləcək
Bakı, 22 dekabr, AZƏRTAC
2024-cü il fevralın 15-25-də keçiriləcək Beynəlxalq Berlin Kinofestivalında “Qızıl Ayı” fəxri mükafatı laureatının adı indidən məlum olub. AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu mükafata Hollivudun məşhur kinorejissoru, “Göylərin hakimi”, “Pul ovçusu”, “Zindan adası” və “The Irishman” kimi kino aləmində böyük əks-səda doğurmuş filmlərin quruluşçu rejissoru Martin Skorseze layiq görülüb.
Festivala sədrlik edən Karlo Çatrian və Mariette Rissenbek məşhur kinorejissoru “dünyada bənzəri olmayan” kino xadimi adlandırıblar.
Martin Skorsezenin son uğuru aktyorlar Leonardo Di Kaprio, Robert De Niro, Brendan Freyzerin əsas rolları oynadıqları və Kann Film Festivalında premyerası olmuş “Killers of the Flower Moon” filmidir. Bu maraqlı ekran əsəri Oskar mükafatı üçün ən yaxşı namizəd hesab edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]
Şuşa şəhərinin ərazisində yerləşən abidələrlə bağlı qanun sərtləşdirilir
- 12.06.2026 [12:28]
“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]