Berlin polisi içərisində partlayıcı maddə olan çantanı atıb qaçan naməlum şəxsi axtarır
Berlin, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da axşam saatlarında Berlin polisi paytaxtın Noyköln rayonunda naməlum şəxsin atıb qaçdığı çantada aşkarlanan partlayıcı maddənin zərərsizləşdirilməsi üçün əməliyyat keçirib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, polis əməkdaşları "Noyköln" dəmir yolu stansiyasında bir nəfərdən şübhələniblər. Həmin şəxsi saxlamaq istəyərkən o, gözlənilmədən qaçaraq uzaqlaşıb. Onun stansiyada atıb qaçdığı çantaya baxış keçirilərkən güclü partlayıcı maddə müəyyən edilib.
Vəziyyətlə əlaqədar ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb, partlayıcı maddə yaxınlıqdakı parkda polisin nəzarəti altında zərərsizləşdirilib.
Berlin polisinin hadisə ilə bağlı açıqlamasında hazırda həmin şəxsin tapılması üçün bütün istiqamətlərdə axtarış tədbirlərinin həyata keçirildiyi bildirilib.
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]