Berlin səfirin arzuolunmaz şəxs elan edilməsini anlaşılmaz addım adlandırıb
Berlin, 7 mart, AZƏRTAC
Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) Venesueladakı səfir Daniel Krinerin rəsmi Karakas tərəfindən “persona non qrata” elan edilməsi və bu ölkəni tərk etməsi üçün ona iki gün vaxt verilməsi barədə informasiyanı təsdiq edib. AZƏRTAC bunu Almaniya xarici siyasət idarəsinin mətbuat üçün məlumatına istinadla bildirir.
XİN-in bəyanatında deyilir ki, Venesuelada diplomatın ölkədən çıxarılmasının səbəbini səfirin daim Venesuelanın daxili işlərinə qarışması ilə izah ediblər. Almaniya tərəfinin fikrincə, bu, cəfəngiyatdır və anlaşılmaz addımdır.
KİV-lərin yazdığına görə, səfirin ölkədən çıxarılmasına onun bu həftənin əvvəlində beynəlxalq turnedən qayıdan müxalifətin lideri Xuan Quaydonu Karakas Beynəlxalq Aeroportunda Aİ, Latın Amerikası ölkələri və ABŞ-dan olan həmkarları ilə birlikdə qarşılaması səbəb ola bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [15:14]
Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü
- 18.06.2026 [15:04]
Qazaxıstan Prezidenti TDT ölkələri Ali məhkəmələrinin sədrlərini qəbul edib
- 18.06.2026 [14:42]
Antalyada Roma dövrünə aid mozaika aşkar edilib
- 18.06.2026 [14:42]
Moskva aeroportlarında xaos: 12 mindən çox sərnişin gözləyir
- 18.06.2026 [14:40]
Brüsseldə Aİ ölkələrinin dövlət və hökumət başçılarının Sammiti keçirilir
- 18.06.2026 [14:35]