BERLİNDƏ ƏFQANISTAN KONFRANSI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iki gün davam edəcək konfransın işində dünyanın 56 ölkəsindən 700 nümayəndə, beynəlxalq təşkilatların təmsilçiləri, o cümlədən ABŞ-ın xarici işlər naziri Kolin Pauell, NATO-nun baş katibi Yaap de Hoop Şxeffer və Əfqanıstan Prezidenti Həmid Kərzai iştirak edirlər.
Konfransda Taliban rejiminin süqutundan sonra Əfqanıstanda sülh və əmin-amanlığın bərqərar edilməsi, ölkənin dirçəlişi və demokratik dövlət quruculuğu sahələrinə beynəlxalq siyasi və maliyyə dəstəyinin növbəti yeni proqramları müzakirə olunur.
Konfransa sədrlik edən Almaniyanın federal kansleri Gerhard Şröder öz çıxışında beynəlxalq ictimaiyyəti Əfqanıstanda sülhün və əmin-amanlığın bərqərar edilməsi naminə birliyə və əməkdaşlığa çağırmışdır. Almaniya hökumətinin Əfqanıstanda dövlət quruculuğu işlərinə yeni dəstəyinin 9 milyard ABŞ dolları məbləğində müəyyənləşdirdiyini bəyan edən federal kansler bildirmişdir ki, Almaniya bu vaxta qədər hər il göstərdiyi 80 milyon avro məbləğində illik maliyyə yardımını 2005-2008-ci illərdə də davam etdirəcəkdir.
Yaponiya hökumət nümayəndəsi isə çıxışında ölkəsinin Əfqanıstanda yeni dövlət quruculuğu işlərinə 400 milyon ABŞ dolları məbləğində yardım göstərəcəyini bildirmişdir.
ABŞ-ın xarici işlər naziri Kolin Pauell Almaniyanın və digər ölkələrin Əfqanıstanda demokratik dövlət quruculuğuna dəstək səylərini yüksək dəyərləndirmişdir.
Konfrans öz işinə aprelin 1-də yekun vuracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]