Berlində HAMAS-ın üzvü olmaqda təqsirləndirilən üç nəfər saxlanılıb
Berlin, 1 oktyabr, AZƏRTAC
Berlində HAMAS terror təşkilatına üzv olmaqda və dövlətə təhlükə yarada biləcək zorakılıq aktları planlaşdırmaqda ittiham olunan üç nəfər saxlanılıb.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Federal Baş Prokurorluğun məlumatında şübhəlilərin HAMAS-ın tapşırığı ilə Almaniyada silah-sursat topladıqları, yəhudi və İsrail obyektlərinə hücumlar planlaşdırmaq niyyətində olduqları bildirilib.
Saxlanılanlar 36 yaşlı Livan əsilli alman vətəndaşı, 43 yaşlı Livan vətəndaşı və 44 yaşlı Suriyadan olan alman vətəndaşıdır. Əməliyyat zamanı “Glock” markalı tapança, AK-47 tipli avtomat və bir neçə yüz patron aşkarlanıb.
Eyni zamanda, Leyptsiq və Şimali Reyn-Vestfaliya əyalətinin Oberhauzen şəhərində axtarış tədbirləri həyata keçirilib.
Federal Baş Prokurorluq şübhəlilər barəsində xarici terror təşkilatına üzv olmaq, dövlətə təhlükə yarada biləcək zorakılıq aktları hazırlamaq ittihamını irəli sürüb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]