Berlində keçirilən sərgidə Azərbaycan səfirliyi də iştirak edib
Berlin, 1 dekabr, AZƏRTAC
Berlin şəhərində “Birləşmiş dost ayılar: Tolerantlıq sənəti” adlı sərgi keçirilib. Azərbaycanın Almaniyadakı səfirliyi sərgidə iştirak edib.
Sərgidə təxminən 140 ölkəni səciyyələndirən ayı heykəlləri nümayiş olunub. Azərbaycana həsr olunmuş ayı heykəlinin müəllifi Əli Şəmsidir. Heykəlin üzərində Qobustan qayaüstü rəsmləri, Qız qalası, nar, neft platforması, alov, muğam ifaçısı, Xəzər dənizi və s. əks olunub.
Qeyd edək ki, ayı Berlin şəhərinin rəmzi hesab olunur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [14:42]
Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib
- 04.09.2026 [11:32]