BERLİNDƏ “YAŞIL HƏFTƏ” DEVİZİ ALTINDA BEYNƏLXALQ SƏRGİ-KONFRANS ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iştirakçı ölkələr sərginin ilk günü pavilyonlara gələn minlərlə qonağı pulsuz olaraq qida məhsullarından hazırlanmış yemək və içki süfrələri arxasına dəvət etmişlər. Sərginin təşkilatçıları və iştirakçı ölkələrin rəhbər xadimləri isə “ümumi ənənəni pozaraq”, sərginin rəmzi kimi badələrinə spirtli içki əvəzinə süd məhsulları süzmüşlər.
Sərgi ilə yanaşı, keçirilən elmi konfransda genetik cəhətdən yararsız kənd təsərrüfatı, o cümlədən vəbalı heyvandarlıq məhsullarının istehlak və mübadilə bazarlarına yol tapmaması, cəmiyyət üçün təhlükə törədən qida məhsullarının satışına qarşı aparılacaq ciddi mübarizənin yolları və perspektivləri müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]