Beş ayda büdcənin icrasında ümumi daxili məhsulun 5,7 faizi qədər profisit yaranıb
Bakı, 14 iyun, AZƏRTAC
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 13961,0 milyon manat, xərcləri 11142,4 milyon manat təşkil edib, büdcənin icrasında 2818,6 milyon manatlıq və ya ümumi daxili məhsulun 5,7 faizi qədər profisit yaranıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2023-cü ilin yanvar-aprel aylarında isə dövlət büdcəsinin gəlirləri 12164,9 milyon manat, xərcləri isə 8929,8 milyon manat təşkil edib. Büdcənin icrasında yaranmış 3235,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 8,1 faizinə bərabər olub. Daxilolmaların 40,8 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 23,1 faizi əlavə dəyər vergisi, 4,4 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,3 faizi fiziki şəxslərin gəlir vergisi, 3,5 faizi aksizlər, 1,1 faizi sadələşdirilmiş vergi, 1,7 faizi vergilərin digər növləri, 21,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 21,9 faizi iqtisadi fəaliyyətin, 21,4 faizi təhsil və səhiyyənin, 15,7 faizi sosial müdafiə və sosial təminatın, 12,5 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 12,2 faizi ümumi dövlət xidmətlərinin, 16,3 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]