Beş ayda ixrac edilən polipropilenin dəyəri 57,2 milyon dollar olub
Bakı, 25 iyun, AZƏRTAC
Beş ayda Azərbaycandan 53,6 min ton polipropilen ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən polipropilenin dəyəri isə 57,2 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında 40,4 milyon dollarlıq 26,8 min ton polipropilen ixraca göndərilib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]
Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb
- 05.06.2026 [17:04]