“Beşiktaş”ın hücumçusu “Korintians”a keçib
Bakı, 26 yanvar, AZƏRTAC
İstanbulun “Beşiktaş” klubunun sabiq futbolçusu Vaqner Lav Braziliyanın “Korintians” komandasının formasını geyinəcək.
AZƏRTAC Braziliya klubunun saytına istinadla xəbər verir ki, 34 yaşlı hücumçu “Korintians” klubuna ödənişsiz transfer olunub. Klub rəhbərliyi hücumçu ilə 2020-ci ilin sonunadək müqavilə imzalayıb.
Vaqner Lav ilk debütünü 2002-ci ildə də Braziliyanın “Palemeiras” klubunda edib. O, karyerası boyunca Rusiyanın ÇSKA və Fransanın “Monako” klublarının heyətində yer alıb.
Qeyd edək ki, hücumçu “Beşiktaş”a 2018-ci ilin qış transfer pəncərəsində 3 milyon avroya “Alanyaspor” komandasından transfer olub. Vaqner Lav İstanbul komandasının heyətində cari mövsümdə 28 oyuna 11 dəfə rəqibin qapısına yol tapıb. Braziliya millisində isə hücumçu 20 dəfə meydana çıxıb və 4 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]