BEYLƏQANDA EKOLOJİ TƏDBİRLƏR UĞURLA HƏYATA KEÇİRİLİR
Beyləqan, 5 may (AZƏRTAC). Prezident İlham Əliyevin ölkə ərazisində ağac əkilməsi ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələrə, habelə 2010-cu ilin “Ekologiya ili” elan edilməsinə uyğun olaraq Beyləqan rayonunda yaşıllaşdırma işləri aparılır. Rayon icra hakimiyyətindən bildirmişlər ki, 2009-cu ilin payız aylarından rayon ərazisində 142 min 685 ədəd, o cümlədən cari ilin birinci rübündə 50 min 235 ədəd Eldar şamı, kiparis, ağcaqayın, qovaq, qarağac və söyüd ağacları əkilmişdir. Heydər Əliyev parkında 700 kvadratmetr, mərkəzi şəhər parkında 1300 kvadratmetr, mərkəzi şəhər stadionunun ərazisində 300 kvadratmetr, Mücirəddin Beyləqani xiyabanında 230 kvadratmetr sahədə yaşıl çəmənliklər salınmış, dekorativ gül kolları əkilmişdir.
Ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə tədbirlər ilin sonunadək davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:40]
UNEP: Azərbaycanda zubr və ceyran populyasiyalarını bərpası davam etdirilir
- 05.06.2026 [11:29]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir VİDEO
- 05.06.2026 [11:25]
Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb
- 05.06.2026 [08:00]
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]