İDMAN
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Bakı, 10 noyabr, AZƏRTAC
Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəli Azərbaycan cüdoçuları üçün uğurlu olub.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Rio Olimpiadasının mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəki dərəcələrində bütün rəqiblərini qabaqlayaraq reytinq cədvəlinə başçılıq edirlər.
Sonuncu Avropa çempionatının gümüş medalçısı Orxan Səfərov (60 kq) ikinci yeri tutur. Əbu-Dabi “Böyük Dəbilqə” turnirinin qalibi, dünya çempionu Elxan Məmmədov (100 kq) mövqeyini daha da yaxşılaşdıraraq, yeddinci sıraya yüksəlib.
Digər cüdoçularımızdan Nicat Şıxəlizadə 7-ci, İlqar Müşkiyev 13-cü, Məmmədəli Mehdiyev və Uşanqi Kokauri 20-ci yerdə qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:49]
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
- 06.05.2024 [18:28]
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]