Beynəlxalq Dəniz Günü ilə əlaqədar Azərbaycanda da iməciliklər keçiriləcəkdir
Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən sentyabrın 22-dən 27-dək Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan 955 kilometrlik sahil zolağında vətəndaşların, yerli icra strukturları və təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə iməciliklər keçiriləcəkdir. Eyni zamanda, Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş işlər barədə iştirakçıların məlumatlandırılması nəzərdə tutulub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu əlamətdar gün münasibətilə keçirilməsi nəzərdə tutulan tədbirlər Xəzər dənizinin qorunmasına və sərvətlərinin mühafizə olunmasına xidmət edir.
“Xəzər həftəsi” çərçivəsində ETSN-in mütəxəssisləri tərəfindən ictimaiyyət nümayəndələrinə su resurslarının qorunmasının vacibliyi də təbliğ ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]