BEYNƏLXALQ FORUMDAN QAYITMIŞDIR
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin dəvəti ilə Moskvada keçirilən “Siyasi hüquqlar və azad seçkilər” mövzusunda beynəlxalq forumda iştirak etmişdir. Tədbirdə konstitusiya məhkəmələrinin qərarlarında vətəndaşların seçki hüququ, seçki qanunvericiliyinin təkmilləşdirilməsinin əsas istiqamətləri, siyasi hüquqların qorunması və onların konstitusiya təminatı, seçki qanunvericiliyi və vətəndaşların hüquqlarının qorunması, vətəndaşların referendumda iştirak etmək hüququ, seçki hüququnun təkmilləşdirilməsində konstitusiya məhkəməsinin rolu kimi mövzular müzakirə olunmuşdur.
Fərhad Abdullayev ölkəmizin Konstitusiya Məhkəməsinin təcrübəsində seçki hüququ ilə bağlı qəbul olunmuş qərarlar barəsində məlumat vermişdir.
Forumda Şərqi Avropanın bir sıra ölkələrinin konstitusiya məhkəmələrinin sədrləri, hakimləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]