Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasının qarşısını almalıdır

Beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasının qarşısını almalıdır

Bakı, 26 iyul, AZƏRTAC

Dünya birliyi indiyədək erməni vandalizminin qarşısının alınması üçün ciddi sanksiyalar tətbiq etmədiyindən, habelə 30 ilə yaxındır beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına biganəlik göstərdiyindən erməniləri daha da quduzlaşdırıb. Azərbaycanlılara qarşı bir-birinin ardınca törətdikləri dəhşətli terror aktlarına, dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsinə, tarixi-mədəni abidələrin yerlə-yeksan edilməsinə, o cümlədən sərhədboyu ərazilərdə təxribatlar törədilməsinə susqunluq işğalçı Ermənistanı getdikcə daha da azğınlaşdırır. Son illər faşizm ideologiyasını dövlət siyasətinə çevirən Ermənistanın törətdiyi təxribatlar artıq beynəlxalq miqyasda da özünü açıq şəkildə büruzə verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, son vaxtlar erməni radikallarının Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı təxribatlar törətmələri, irqçilik, aqressiya, nifrət, etnik ayrı-seçkilik, zor tətbiqi bu millətin qəddarlığını yenidən təsdiqlədi, faşizm ideologiyasını dövlət siyasətinə çevirməsini bir daha sübut etdi. Özü də bu halların insan hüquq və azadlıqlarına tamamilə zidd, qəbuledilməz olduğunu dünyaya car çəkən ölkələrdə, Avropanın mərkəzində, eləcə də Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində baş verdiyini görəndə dünya birliyinin ikili standartlar xəstəliyindən hələ də əziyyət çəkdiyinin şahidi oluruq. Bununla yanaşı, erməni radikallarının Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, Niderland və Belçikadakı diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq, növbəti təxribatlarına etiraz məqsədilə həyata keçirilən dinc soydaşlarımıza qarşı aqressiv təxribatçı əməllərinə hələ də ciddi münasibət bildirilmir. Göründüyü kimi, ermənilərin təxribat törətdikləri, insan hüquq və azadlıqlarını kobud surətdə pozduqları ölkələrin hər biri bu gün özlərini Avropada demokratiyanın beşiyi hesab edirlər. Ancaq unudurlar ki, “demokratiyanın beşiyində” irqçilik, etnik ayrı-seçkilik zəminində zor tətbiq olunur, dinc aksiya iştirakçıları ilə vəhşicəsinə hərəkət edirlər. Təəssüf ki, “insan hüquq və azadlıqlarının müdafiəçiləri” hələ də erməni aqressiyasını görməzliyə vururlar. Əslində, bu, “demokratiyanın beşiyi” olan ölkələrin siyasi riyakarlığının bariz nümunəsidir.

Dünya birliyi sanki hələ də dərk etmək istəmir ki, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, həmçinin dinc azərbaycanlı aksiya iştirakçılarına qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir və bütün bunlar cinayət məsuliyyəti doğuran əməllərdir. Bu faktlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın yaxın günlərdə Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciətində də əksini tapıb.

Ç.Qənizadə ABŞ-ın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, Birinci vitse-prezidenti də dərindən hiddətləndirib. Birinci xanım qeyd edib ki, azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib. Müraciətdə bildirilir ki, yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək, onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv əhval-ruhiyyəli erməni qrupları həmin vaxt azlıqda qaldığına görə, azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər. Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələrinin çox olduğunu bildirən Birinci vitse-prezident 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edildiyini xatırladıb. Bu faciəli hadisələrin 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanındığını və beynəlxalq təşkilatlar səviyyəsində pislənildiyini diqqətə çatdıran Mehriban xanım Əliyeva Xocalı faciəsində törədilən insanlığa sığmayan vandalizmi faktlarla əsaslandırıb.

Müraciətdə, həmçinin bildirilib ki, baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir. Belə hallarda bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır. Bizim vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir. Birinci vitse-prezident, həmçinin insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıb.

Artıq dünya birliyi də ermənilərin ərköyünlüyündən, vandal aktları törətməsindən, həmçinin beynəlxalq hüquq normalarına hörmətsizliyindən cana doyub. Bununla yanaşı, dövlətimizin başçısının uğurlu xarici siyasəti, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın kəsərli müraciəti dünya birliyini sanki qəflət yuxusundan ayıldıb. Artıq ABŞ-ın Los-Anceles şəhərində radikal erməni qüvvələrinin dinc azərbaycanlı aksiya iştirakçılarına, ölkəmizin diplomatik missiyalarına və diplomatik xidmət əməkdaşlarına qarşı törətdikləri vandalizm aktları ilə bağlı araşdırmalar başlanıb. Həmçinin Belçikada Azərbaycan səfirliyinə hücum zamanı dəyən ziyanla bağlı dəlillər götürülüb. Bununla yanaşı, ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatlarından olan Simon Vizental Mərkəzi və Amerika Yəhudi Komitəsinin Los-Anceles nümayəndəliyi erməni daşnaklarının azərbaycanlı icma üzvlərinə qarşı həyata keçirdikləri vəhşilikləri pisləyib. Yayılan açıqlamalarda azərbaycanlı icma üzvlərinin zorakılığa məruz qalmaları pislənilir və bunun qəbuledilməz olduğu bildirilir. Eyni zamanda, nifrət zəminində törədilmiş hərbi cinayətlərin düzgün şəkildə araşdırılması ilə bağlı Los-Anceles polis idarəsinə çağırış edilib.

“Uğurlu xarici siyasətimizin və Birinci vitse-prezidentin müraciətinin daha bir kəsəri də özünü göstərdi. Fransa parlamentinin üzvləri Prezident Emmanuel Makrona Ermənistanın son hərbi təxribatlarına və Azərbaycana qarşı işğalçılıq siyasətinə qarşı müraciət ünvanlayıblar. Bir qrup deputat və senator birgə müraciətlərində Fransa Prezidentindən Ermənistanı işğalçılıq siyasətinə son qoymağa, Azərbaycanın ərazi bütövlüyünə hörmətə təhrik üçün ciddi tədbirlər görülməsini istəyiblər. Müraciətdə, həmçinin Azərbaycana qarşı bu yeni təcavüzün beynəlxalq ictimaiyyətə Ermənistanın hələ də Azərbaycan ərazisinin beşdə birinin işğal edildiyi xatırlanıb. Bununla yanaşı, Fransanın ATƏT-in Minsk qrupunun üzvü kimi üzərinə götürdüyü öhdəliklər də xatırladılıb.

Göründüyü kimi, artıq beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasının qarşısının alınmasının vacibliyini gizlətmir. Artıq bu vandallıq aktlarına son qoymağın vaxtı çatıb. Dövlətimizin başçısının xarici siyasət kursunda, eləcə də Birinci vitse-prezidentin müraciətində də qəti tələb kimi bildirilir ki, Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən təxribatların, vandallıq aktlarının qarşısı alınmalı və bu cinayəti törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir”, - deyə Ç.Qənizadə bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur