BEYNƏLXALQ KİTAB YARMARKASIAÇILMIŞDIR
Təqribən 175 min kvadratmetr sahəni əhatə edən sərginin pavilyonlarında 340 mindən artıq kitab ədəbiyyat həvəskarlarının mühakiməsinə təqdim edilmişdir. 29 min ədəbiyyat və kitab həvəskarı, beynəlxalq aləmdə tanınmış yüzlərlə müəllif sərginin qonağı olacaq, disput və təqdimat mərasimlərində bir araya gələcəklər.
Ənənəyə uyğun olaraq, Frankfurt yarmarkasında hər il dünya ölkələrindən biri fəxri qonaq statusu ilə iştirak edir. 57-ci yarmarkanın fəxri qonağı Cənubi Koreyadır. Yarmarkanın təşkilat komitəsi sərginin təntənəli açılışını Koreya Respublikasının baş naziri Li Xe Çana həvalə etmişdir.
Oktyabrın 23-də keçiriləcək təntənəli bağlanış mərasimində türk yazıçısı Orxan Pamuka və avstriyalı Arno Qaygerə Frankfurt Beynəlxalq kitab yarmarkasının təsis etdiyi “Sülh mükafatı-2005” təqdim olunacaqdır.