“Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü”nə həsr olunan açıq dərs
Bakı, 17 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsi əməkdaşlarının, “Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi” liderlərinin və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi şagirdlərinin iştirakı ilə “Ozon təbəqəsinin mühafizə günü”nə həsr olunmuş açıq dərs keçirilib.ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, açıq dərsdə Ozon təbəqəsi haqqında məlumat verilib, didaktik materiallar paylanılıb. Diskussiya şəraitində keçən dərsin sonunda respublika məktəblilərinə “Ozon təbəqəsinin mühafizə günü”nə həsr olunmuş müraciət qəbul edilib.
Qeyd edək ki, 1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabrı “Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü” elan edib. “Ozon təbəqəsinin qorunması haqqında” Vyana Konvensiyasında və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda əksini tapan ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçı ölkələr tərəfindən ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması öhdəliyi götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]