Beynəlxalq Şahmat Federasiyasının iyun ayı üçün reytinq cədvəli açıqlanıb
Bakı, 1 iyun, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) iyun ayı üçün reytinq cədvəli açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov (2747 xal) üç pillə geriləyərək 13-cü yerə düşüb. Şəhriyar Məmmədyarov (2740 xal) bir sıra irəliləyərək 15-ci, Qədir Hüseynov (2661) 3 pillə geriləyərək 83-cü olub. Rauf Məmmədov isə "100-lüy"ü tərk edib.
Siyahıya norveçli Maqnus Karlsen (2853) liderlik edir. Fransalı Alireza Firuzca (2786) 2-ci, son dünya çempionu çinli Din Liren (2780) isə 3-cüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2456) 25-ci, Ülviyyə Fətəliyeva (2401) 53-cü, Xanım Balacayeva (2368) 80-ci, Gülnar Məmmədova (2357) 85-ci, Gövhər Beydullayeva (2355) 89-cu pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]