Beynəlxalq turistlərin sayı artmaqda davam edir
Bakı , 11 sentyabr, AZƏRTAC
Beynəlxalq turistlərin sayı artmaqda davam edir. Cari ilin ilk altı ayı ərzində 538 milyon nəfər xarici ölkələrə səyahət edib. AZƏRTAC Dünya Turizm Təşkilatının (UNWTO) məlumatlarına istinadla xəbər verir ki, bu rəqəm ötən ilin müvafiq dövrünün göstəricisindən 21 milyon nəfər çoxdur.
Mənbə bildirir ki, turistlərin ən çox üz tutduğu istiqamətlər yenə də Avropa, Asiya və Sakit okean regionu ölkələridir. Bu il yanvardan avqustun sonuna qədər Avropaya səyahət edən beynəlxalq turistlərin sayı 4 faiz artıb.
UNWTO-nun baş katibi Taleb Rifainin sözlərinə görə, bu rəqəmlər onu göstərir ki, qeyri-sabitliyin artmasına baxmayaraq, son beş ildə turizmin inkişafı müşahidə olunur və bu meyl davam edir. Baş katib hesab edir ki, turizm sektoru iqtisadiyyatın inkişafı üçün yaxşı imkanlar yarada bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]