Beynəlxalq Türk Akademiyası ilə Türk İnvestisiya Fondu arasında əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 27 yanvar, AZƏRTAC
İstanbulda Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Şahin Mustafayevlə Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev arasında görüş keçirilib.
BTA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki qurum arasında əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Akademik Şahin Mustafayev Türk Akademiyasının fəaliyyəti, əsas təşəbbüsləri və əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib. O, Akademiyanın türk ölkələrinin iqtisadi inkişafı və inteqrasiyasına həsr olunmuş illik layihəsi olan Türkiyə İqtisadi Hesabatını xüsusi qeyd edib.
Tərəflər 2025-ci il üçün ümumi planları qiymətləndirib, birgə işin prioritet istiqamətlərini müəyyənləşdiriblər.
Görüşün sonunda Türk dünyasında əməkdaşlığın gücləndirilməsi və elmi-iqtisadi inteqrasiyanın dərinləşdirilməsi istiqamətində birgə təşəbbüslərin hazırlanması barədə razılıq əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:53]
15 İyun – yalnız tarix deyil, qurtuluş rəmzidir
- 12.06.2026 [12:41]
Azərbaycanda bağçalara cəlb edilən uşaqların sayı açıqlanıb
- 12.06.2026 [12:36]
“BilBacar” müsabiqəsinin final mərhələsi yekunlaşıb
- 12.06.2026 [12:23]
Agentlik: Ölkə üzrə 4 min 194 ümumtəhsil məktəbi fəaliyyət göstərir
- 12.06.2026 [11:20]
Rəqəmsal dövlət problemlərinə həsr olunmuş elmi əsərlər toplusu çapdan çıxıb
- 12.06.2026 [10:34]
Azərbaycanın multikultural irsində İsmayıllı molokanlarının toy mərasimləri
- 12.06.2026 [10:22]
Kembric kvalifikasiya imtahanına qeydiyyat elan edilir
- 12.06.2026 [10:19]