BEYNƏLXALQ TURNİRDƏ AZƏRBAYCANI 12 CÜDOÇU TƏMSİL EDƏCƏKDİR
Bakı, 23 iyul (AZƏRTAC). Polşanın Setnevo şəhərində keçiriləcək gənclər arasında beynəlxalq turnirdə tatami üzərinə 13 Azərbaycan cüdoçusu çıxacaqdır. Ölkəmizi təmsil edəcək yığmanın heyətinə - Elsəvər Sadıqzadə, Vüqar Şirinli, İlqar Müşkiyev (hamısı - 55 kq), Mirzə Əsgərov, Rasim Əsədullayev (hər ikisi - 60 kq), Emin Fəqanoğlu, Rüstəm Orucov (hər ikisi - 66 kq), Seyran Mahmudov (73 kq), Şahin Məmmədov, Əli İskəndərov (hər ikisi - 81 kq), Fərid Babayev (100 kq-dan yuxarı), Nərmin Abbaszadə (44 kq) və Ülviyyə Vəliyeva (48 kq) daxil olmuşlar.
İyulun 25-26-da baş tutacaq yarışda idmançılarımız məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında mübarizəyə qatılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]