Beynəlxalq Valyuta Fondu cari ildə Ukraynaya 2,2 milyard dollar maliyyə yardımı edəcək
Kiyev, 2 fevral, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu (IMF) 2021-ci ildə Ukraynaya 2,2 milyard dollar həcmində maliyyə yardımı edəcək və bu ödəmə 3 tranş üzrə həyata keçiriləcək.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının sədri Kril Şevçenko deyib.
Onun sözlərinə görə, 2020-ci ilin iyununda IMF Ukraynaya iqtisadi yardım üçün 5 milyard dollarlıq proqramı təsdiq edib. Ukrayna hökuməti artıq bu məbləğin 2,1 milyard dollarını alıb.
K.Şevçenko bildirib ki, Ukrayna Milli Bankı IMF qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Ancaq Ukrayna Ali Radası qarşısında bir neçə qanun layihəsinin qəbul edilməsi tələbi qoyulub. Bu tələb yerinə yetirilsə, IMF yardımlarını davam etdirəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]