Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq yükdaşımalara cəlb edilən yük nəqliyyat vasitələrinin vahid bazası formalaşdırılır

Beynəlxalq yükdaşımalara cəlb edilən yük nəqliyyat vasitələrinin vahid bazası formalaşdırılır

Dörd ayda “İcazə” blankı ilə bağlı sifarişlərin 90 faizə qədəri icra edilib

Bakı, 5 oktyabr, AZƏRTAC

Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə blankları”nın daşıyıcılar arasında bölüşdürülməsi prosesi Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) tərəfindən həyata keçirilir. Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və ABADA İctimai Birliyi arasında razılaşma əldə edilib. Məqsəd avtomobil daşıyıcılarının beynəlxalq avtomobil daşımaları bazarına çıxışının tənzimlənməsi, inhisarçılığın qarşısının alınması, daşıyıcıların və sürücülərin peşəkarlıq keyfiyyətlərinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasıdır. Razılaşmaya əsasən, “İcazə blankları”nın daşıyıcılar arasında bölgüsünün müəyyən meyarlar əsasında tam şəffaf həyata keçirilməsi məqsədilə ABADA tərəfindən təmin edilməsi qərara alınıb.

Bu sahədə görülən işlərlə bağlı ABADA-nın baş katibinin müavini Kənan Qurbanov AZƏRTAC-ın suallarını cavablandırıb.

- “İcazə” blanklarının Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası tərəfindən bölünməsi hansı zərurətdən irəli gəlirdi. Memoranduma qədər bu bölgü Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən aparılırdı.

- İlk növbədə qeyd edim ki, bu qərarla bağlı sahibkarların bilməli olduğu əsas vacib məqam dövlət qurumunun, bu halda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin öz səlahiyyətini bölüşdürməsi deyil, icra mexanizminin təkmilləşdirilməsi üçün daşıyıcıların təmsil olunduqları ictimai birlik vasitəsilə bölgü prosesini təşkil etməkdir. Səlahiyyət qanunvericilikdə nəzərdə tutulan qaydada yenə də nazirliyin tənzimləmə dairəsinə aiddir. Mexanizmin təkmilləşdirilməsi üçün daşımalar prosesində əvvəllər müşahidə olunan neqativ halların aradan qaldırılmasına nail olmaq məqsədilə kompleks müdaxilə zəruri idi. İctimai iştirakçılıq haqqında qanunun tələblərinə uyğun şəkildə dövlət özəl sektoru, qeyri-hökumət təşkilatlarını aktiv icra masalarına dəvət etməlidir. Gözdən yayınan müəyyən halların, hər hansı nəzərdən qaçıra biləcəyimiz tələblərin arealının müəyyən edilməsi məqsədilə imzalanan memorandum gələcəkdə milli daşıyıcılarımızın ən detallı problemləri ilə bağlı daha operativ məlumatlanmaqda və problemin aradan qaldırılmasında sözsüz ki, Nazirliyin işinə də yardım etmiş olacaq.

- Prosesin icrası zamanı hansı meyarlar əsas götürüləcək? Bu meyarlar çox güman ki, daha şəffaf mühit üçün nəzərdə tutulub. Daha ədalətli bölgü mühitinin yaranacağından əminsinizmi?

- Şəffaf və ədalətli bölgü mühiti yeni standartları, fərqli baxış bucaqlarını və müxtəlif fikir mübadiləsini tələb edir. Məhz “İcazə” blanklarının yeni qaydalarla, yeni meyarlarla və yeni tərkibdə bölgüsü tam şəffaf mühitin yaradılması üçündür. Diqqət edin, daşıyıcılar-sahibkarlar arasında bölgü prosesinin icrası zamanı dövlət qurumunun nəzarəti ilə yanaşı, daşıyıcıların və müstəqil ekspertin də prosesə nəzarət və müdaxilə səlahiyyəti olacaq. Bu qərar dövlət qurumunun lokal heyəti ilə icra edilməyəcək. Dövlət ilə sahibkarların bir-birini yaxından anlamaları, problemlərin həllində birgə iştirak, təşəbbüslərin və təkliflərin ötürülməsində birbaşa kommunikasiyanın qurulması baxımından bu memorandum digər əməkdaşlıq sahələri üçün də baza rolunu oynayacaq. Dövlətimizin başçısının vurğuladığı bir məqamı xatırladım. “Dövlət-özəl sektor tərəfdaşlığı gərək daha konkret layihələr əsasında özünü göstərsin”. Memorandum Azərbaycanda beynəlxalq yükdaşımaları sahəsində daşıyıcı şirkətlərin, fərdi sahibkarların haqlarının müdafiəsi baxımından ən uğurlu anlaşma sənədi hesab edilə bilər. Əksər beynəlxalq nəqliyyat təşkilatlarına üzv olmağımız, beynəlxalq nəqliyyat konvensiyalarına qoşulmağımız, nəqliyyat daşımaları sahəsində bir çox dövlətlərlə müvafiq sazişlərin bağlanması, Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tələblərinin icrasına nail olmaq fərqli yanaşmanı tələb edirdi. Xüsusilə vurğulayım ki, “İcazə” blanklarının bərabər əsaslarla əldə edilməsi zamanı ölkələr arasındakı münasibətlər, bu münasibətlər çərçivəsində Azərbaycan nümayəndə heyətinin yerli daşıyıcılarımızın daşıma tələbatına uyğun sayda blank mübadiləsinə nail olmaq üçün gətirdikləri arqumentlər, əsaslandırılmış statistik rəqəmlər və iqtisadi prioritetlər kifayət qədər detallı işlənib hazırlanmalıdır. Bu aspektdən yanaşsaq ABADA həm də beynəlxalq komissiyaların iclasında bölgü həyata keçirilən zaman iştirak edir və təmsil etdiyi sahibkarların tələblərini ifadə etmə hüququna sahib olur. Dövlətlə eyni mühitdə bu tələblərin reallaşdırılması üçün mübarizəyə cəlb edilir. İmzalanan memorandumdan dörd aya yaxın vaxt keçir. Bu müddətdə əldə edilən nəticə məhz şəffaf bölgü üçün əsas götürdüyümüz kriteriyaların işlək mexanizmindən xəbər verir.

- Dörd ayda nə kimi nəticələr əldə edildi?

- Maraqlı sualdır. Mən bu 4 ayda əldə edilən nəticələri konspektləşdirsəm, deyə bilərəm ki, ilk növbədə “İcazə” blanklarının şəffaflıq və ədalət prinsipi ilə bölüşdürülməsi üçün xüsusi komissiya təsis edilib. Bu komissiya NRYTN, Dövlət Avtomobil Nəqliyyatı Xidməti ekspertlər, daşıyıcıların nümayəndəsi olmaqla formalaşdırılıb. Sui-istifadə hallarının qarşısının alınması, rahat və çevik ödənişlərin həyata keçirilməsi üçün elektron ödəniş sisteminə keçid edilib. ABADA İB-nin dünyada qəbul edilən, beynəlxalq standartlara cavab verən konsepsiyası hazırlanıb. Hesabat dövründə daxil olan “İcazə” blankı ilə bağlı sifarişlərin 90 faizə qədəri icra edilib. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına üzv olan 80-ə yaxın ölkə ilə əlaqələr qurulub. Qarşılıqlı xidmətlərin təşkili üçün razılıq əldə edilib. ABADA-ya üzv olan daşıyıcıların sayı 119-a çatıb. Bu daşıyıcıların balansında olan nəqliyyat vasitələrinin tam siyahısı hazırlanıb və bu siyahı əsasında beynəlxalq yükdaşımalara cəlb edilən yük nəqliyyat vasitələrinin vahid bazası formalaşdırılır. Daşıyıcılara məlumatların çatdırılması üçün sosial şəbəkə hesabları (feysbuk, teleqram) açılıb, SMS xidməti yaradılıb. Defisit “İcazə” blankları hesab olunan III ölkə blankları ilə bağlı inhisarçılığın qarşısının alınması məqsədilə bazara nəzarət mexanizmi qanunvericilikdən və reqlamentdən irəli gələn qaydalara uyğun formalaşdırılır.

- Sözsüz ki, bütün yeniliklər, yeni mexanizmlərin tətbiqi şikayət tərəflərini də ehtiva edir. Şikayət edən sahibkarlar varmı və əsas şikayət motivləri nədir?

- Məlum razılaşma ilə bağlı şikayət edən tərəflər sahibkarların bir qismi belə deyil. Təsəvvür edin ki, ümumilikdə 130 daşıyıcıya qarşılıq bir neçə sahibkarın qərarın əleyhinə iddialar səsləndirməsi statistika baxımından belə müqayisəyə gəlmir. Məhz həmin şikayət edən daşıyıcılar bu sahədə “İcazə blankları”nı əldə edərək istifadəsinə təyinat, lüzum olmadığı halda beynəlxalq nəqliyyat xidmətləri bazarında milli daşıyıcılarımızı azad rəqabət mühitindən çıxararaq inhisarçılığa yol verirdilər. İcazə blankları məhdud mübadilə sənədləri kateqoriyasına daxildir. Bu, nə deməkdir? Yəni kvotaya uyğun mübadilə olunduğu üçün limit mövcuddur. Təbii ki, bu limit çərçivəsində həmin blanklardan yararlanmaq istəyən, həm də buna daşımada təqdim etdiyi xidmətə uyğun haqqı olan sahibkarlar icazə blankları əldə edə bilmirdilər. Çünki təəssüf ki, qanunvericilikdə daşıma izni ilə bağlı konkret meyarlar hələ ki, mövcud deyil. Məhz ABADA bu meyarları ümumi qəbul edilən dünya təcrübəsinə uyğun standartlar şəklində təqdim edərək bölgünü təşkil edir. Bu imkandan hər kəs yararlana biləcək. Beynəlxalq yükdaşımaları ilə məşğul olan daşıyıcılar arasında narazılıq edən daşıyıcıların, sürücülərin tələbləri daha çox fərdi tələblər şəklində ifadə edilir. Memorandum imzalanana qədər heç bir araşdırma, təhlil aparılmadan bazarda tələbatın kortəbii müəyyənləşdirilməsi əsasında “İcazə” blankları bölüşdürülürdü. Bu zaman bəzi sahibkarlar əllərində istifadə edilmədən qalan defisit blanklarını balansında bir avtonəqliyyat vasitəsi olan daşıyıcıya rüsumdan qat-qat baha qiymətə satırdılar. Beləliklə mühitdə “dozvol alveri” ifadəsi yaranırdı. Çox zaman məsələ mahiyyətdən uzaqlaşdırılır və satışın məhz dövlət qurumunun əməkdaşları tərəfindən icra edilməsinə dair əsassız iddialar ortaya atılırdı. Bölgünün şəffaf aparılması, reqlamentdən irəli gələn qaydalar məhz bu fonda narahatlıq yaradırdı. Artıq 4 aya yaxındır ki, “İcazə” blankı əldə etmək üçün real tələbat ilə bağlı müvafiq sübutları təqdim edən istənilən daşıyıcı reqlamentdə nəzərdə tutulan kriteriyalara cavab verirsə, daşımalarda iştirak hüququ qazanır. Nəticədə, “İcazə” blankını artıq qiymətə deyil, hər hansı sahibkardan deyil, məhz öz müraciəti əsasında rəsmi qaydada əldə edə bilir. Bu proses, həm də beynəlxalq yükdaşımaları bazarı ilə bağlı müfəssəl bazanın toplanmasına birbaşa təkan verir.

- İcazə blanklarının, xüsusilə sayı məhdud olan blankların artırılması ilə bağlı hansı işlər aparılır?

- “İcazə” blankı rəsmi sənəd hesab edildiyindən bu blankların mübadiləsini dövlətlərarası qarışıq komissiya müəyyən edir. Hər bir ölkə üzrə kvota hesablanır və imzalanan rəsmi sənədlə “İcazə” blanklarının mübadiləsi həyata keçirilir. “İcazə” blankları isə illik verilir. Bundan əlavə ABADA beynəlxalq yükdaşımalar sahəsində ən vacib sənədlərdən olan “Carnet TIR” təminatının da Azərbaycan üzrə rəsmi təminatçısıdır. Bu sənəd dünyanın 65-dən çox ölkəsi tərəfindən qəbul edilir. Ancaq məhdud-defisit icazə blanklarının ölkə daşıyıcılarının tələbinə uyğun artırılmasına dair işlərin icrası məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təmsil olunduğu Beynəlxalq Qarışıq Komissiyaların iclasında təmin edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı