Bəzi mehmanxanalar dərəcə sertifikatları alıb
Mehmanxana və mehmanxana tipli obyektlərdə xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi onların təsnifatını aparır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabr ayında Bakı şəhərində fəaliyyət göstərən bir sıra mehmanxanalara dərəcə sertifikatları verilib.
Onların sırasında “Four Seasons Hotel Baku, Azerbaijan”, “Park Hyatt” mehmanxanaları 5 ulduz, “Askar”, “Nur-1”, “Nur-2” mehmanxanaları 3 ulduz dərəcə sertifikatını alıblar.
Bununla da respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 69-a çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]