Bidzina İvanişvili: Dünyada öz layiqli yerimizi mütləq tutacağıq
Tbilisi, 4 oktyabr, AZƏRTAC
Mən sizə və bütövlükdə bütün seçicilərimizə təşəkkür edirəm. Siz nəhayət ki, bir ildən sonra yenə də doğru yola qayıtdınız və dediniz: “Baxın, budur əsl nəticə”.
AZƏRTAC xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili yerli bələdiyyə seçkiləri başa çatdıqdan sonra partiyanın baş ofisi qarşısına toplaşan tərəfdaşlarına müraciətində deyib.
“Seçkilərdə qələbə həqiqətən təsiredicidir. Sizi qələbə münasibətilə təbrik edirəm və əlbəttə ki, sizə, bütün seçicilərimizə və nəhayət bu il öz məqsədinə nail ola bilmiş bütün Gürcüstan cəmiyyətinə minnətdarlığımı bildirmək istəyirəm. Biz seçkilərdə qalib gəlmişik və bu, real nəticədir. Bu, Gürcüstanın, tariximizin layiq olduğu uğurdur. Biz istedadlı xalqıq. Nə vaxtsa, hansısa vəziyyətdə yolumuzu azdıq, amma gücümüzü toplayacağıq və dünyada öz layiqli yerimizi mütləq tutacağıq”, – deyə Bidzina İvanişvili bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]