Bild: Ukrayna ordusunun Baş qərargahı əks-hücumu təxirə salıb
Bakı, 16 dekabr, AZƏRTAC
Ukrayna ordusunun Baş Qərargahı hərbi strategiyaya yenidən baxmaq qərarına gəlib və yeni ərazilərin Rusiya ordusundan azad edilməsi cəhdlərini təxirə salıb.
AZƏRTAC xəbər verir ki, “Bild” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin yeni məqsədi düşmənə mümkün qədər çox zərər vurmaqdır. Hazırkı prioritet hətta indiki cəbhə xəttinin müdafiəsi deyil, ukraynalı hərbçilər arasında itkiləri minimuma endirərək düşmənə ağır itki verməkdir.
Vaxtilə Ukraynada hərbi müşavir kimi çalışan avropalı hərbçi cəbhədəki vəziyyəti döyüşlə idarə olunan geri çəkilmə adlandırıb. Onun sözlərinə görə, ukraynalı hərbçilər geri çəkildikləri əraziləri minalayaraq düşmənə daha çox zərər vurmağı hədəfləyir. Ukrayna ordusu Qərbdən ATACMS və ya “Taurus” qanadlı raketləri, həmçinin döyüş meydanında vəziyyəti kökündən dəyişə biləcək F-16 və ya JAS-39 təyyarələri kimi silahlar almaqla təşəbbüsü yenidən ələ keçirməyə çalışacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]