Biləsuvarda baş verən yol qəzasında sürücü ölüb - YENİLƏNİB
Biləsuvar, 3 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş verən qəzada "VAZ 2107"nin sürücüsü, Cəlilabad rayonunun Sabirabad kənd sakini, 1986-cı il təvəllüdlü Abışov Mahir Ədalət oğlu ağır xəsarətlər alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, o, xəstəxanaya aparılarkən yolda həyatını itirib.
14:48
Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, "VAZ 2107" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində ölən və yaralananlar var.
Hazırda faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:14]
"Xocalı Ensiklopediyası"nın təqdimatı olub
- 07.08.2026 [18:05]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:11]
Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [15:41]