Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bir eyvanım keçmişə, digəri gələcəyə baxır...” REPORTAJ VİDEO

Cəbrayıl, 29 iyun, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri öz bəhrəsini verir — Cəbrayıl şəhəri yenidən öz doğma sakinlərinə qovuşur. Otuz ildən artıq məcburi köçkünlük həyatı yaşayan ailələr bu gün böyük qürur hissi ilə yurdlarına dönərək yeni həyata başlayırlar. Doğma evinin qapısını yenidən açan qəhrəmanlarımızdan biri də təqaüdçü ziyalı ailəsi — Validə Həsənova və onun ömür-gün yoldaşı Ramiz İmanovdur. Onlar 1979-cu ildə ailə qurduqdan sonra Cəbrayıl şəhərində məskunlaşıb, uzun illər rayonun təhsil, idman və ictimai həyatında fəal iştirak ediblər. İşğalın acısını hər kəs kimi yaşayan, lakin ümidini heç vaxt itirməyən bu ailə ömürlərinin ahıl çağını elə doğma yurdlarında keçirir.

AZƏRTAC-ın bölgə müxbiri ilə həmsöhbət olan Validə xanım və Ramiz müəllim həm işğaldan əvvəlki Cəbrayıldan, həm də qayıdışdan sonra şahidi olduqları möhtəşəm dəyişikliklərdən bəhs ediblər. Onların sözlərinə görə, Cəbrayıl bu gün yalnız müasir memarlığı ilə deyil, həm də qədim adət-ənənələri, insanlarının mehribanlığı və el-obaya bağlılıq ruhu ilə yenidən dirçəlir.

Cəbrayılın Soltanlı kəndində doğulan, ali təhsilini bitirdikdən sonra doğma rayona gənc müəllim kimi qayıdan Validə Həsənova vurğulayır ki, keçmişin acılı-şirinli xatirələri bu gün qayıdışın sevinci ilə birləşib. Onun yaddaşındakı Cəbrayıl sadəcə coğrafi bir məkan deyil, həm də insanların bir-birinə qırılmaz tellərlə bağlandığı böyük bir ailə modelidir. Məhz bu mənəvi zənginlik və yurd sevgisi ailəni köçkünlük illərinin bütün çətinliklərinə sinə gərməyə ruhlandırıb. İndi yaşlansa da, ruhən yenidən gəncləşdiyini deyən Validə xanım doğma şəhərin unudulmaz mühitini belə xatırlayır: Cəbrayılın Soltanlı kəndində doğulan, ali təhsilini bitirdikdən sonra rayona gənc müəllim kimi qayıdan Validə Həsənova deyir ki, indi yaşlansa da ömrünün ən gözəl çağlarına şahidlik edir: "Ailə qurduqdan sonra Mehdili kəndində, 1979-cu ildən sonra isə həyat yoldaşımın işi ilə əlaqədar Cəbrayıl şəhərində yaşadıq. Övladlarımızı bu torpaqda böyütdük. Dünyanın çox yerini gəzdik, amma doğma Cəbrayılın kəndlərinin, kəhrizlərinin, çaylarının qoxusunu heç yerdə tapmadıq. Bura elə bir yurd idi ki, toylara dəvətnamə yazılmazdı, bütün şəhər bir ailə kimi şadlığa şərik çıxardı. Yasımızda hamı bir-birinə dayaq olardı. Toylarımıza Xan Şuşinski, Şövkət Ələkbərova kimi tanınmış sənətkarlar gələrdi".

Müharibənin ilk illərinin ağır sınaqlarından danışan Validə xanım 17 yaşlı böyük oğlunun onlardan xəbərsiz könüllü olaraq Şuşa müdafiəsinə yollanmasını, sonra atası ilə birlikdə Cəbrayılda yaradılan "Ziyalılar batalyonu"nda çiyin-çiyinə vuruşduğunu qürurla xatırlayır. Doğma yurdun müdafiəsi uğrunda ailəlikcə verilən bu mübarizə onların torpağa olan sonsuz sevgisinin və vətənpərvərlik ruhunun təzahürü idi. Şəhər işğal olunduqdan sonra çadır şəhərciyində məskunlaşsalar da, o, uşaqlara çadırlarda dərs keçməyə, gələcək nəsillərə qələbə ümidini aşılamağa davam edib: "Bir gecə güclü yağış yağmışdı, çadırlar bərbad günə düşmüşdü. Həmin çətin dövrdə Ulu Öndər Heydər Əliyev şəxsən yanımıza gəldi. Onun tapşırığı ilə qısa müddətdə bizim üçün yeni, rahat qəsəbə salındı. Lakin harada oluruqsa-olaq, Cəbrayıl həsrəti bizi tərk etmirdi. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər bizim ömrümüzün ən böyük möcüzəsi oldu.

Bu gün dövlətimiz tərəfindən Cəbrayılda hər cür şəraiti olan gözəl mənzillə təmin olunmuşuq. Evimizin iki eyvanı var. Bir eyvan işğalın izlərini daşıyan dağıntılara baxır — oradan baxanda vaxtilə dərs dediyim məktəbin qalıqlarını görürəm. Digər eyvandan boylananda isə həyətlərdə oynayan uşaqları, yeni köçən ailələri, ucalan müasir binaları seyr edirəm. Bir eyvanım keçmişimizi, digər eyvanım isə gələcəyimizi göstərir".

Validə xanım hazırda təqaüddə olmasına baxmayaraq, doğma şəhərində Qadınlar Mərkəzi yaradıb. O, Cəbrayılın qadınlarını və gənclərini bir araya gətirərək qədim adət-ənənələri yaşadır, yaxın gələcəkdə isə gənclərin müasir biliklərə yiyələnməsi üçün kompüter kursları təşkil etməyi planlaşdırır.

Ömrünün böyük hissəsini Cəbrayılın idman və ictimai həyatına həsr edən güləş üzrə idman ustası Ramiz İmanov isə vaxtilə rəhbərlik etdiyi idman cəmiyyətindən, rayonda ilk sürücülük məktəbinin qurulmasından və inşa olunan 6 min nəfərlik stadiondan danışıb. Şəhərin müdafiəsində də iştirak edən Ramiz müəllim Cəbrayılın tarixi əhəmiyyətini xüsusi vurğulayır: "Cəbrayıl tarixən alimlər yurdudur. Qarabağ bölgəsində ilk məktəblərdən biri hələ 1876-cı ildə burada açılıb. Rayonumuzdan yüzlərlə alim, 6 akademik yetişib. Bura həm də kəhrizlər diyarıdır — 118 kəhrizlə Azərbaycanda ikinci yerdə idik. Maralyan kəndində qədim gömrük məntəqəsi yerləşirdi, çünki mühüm karvan yolları buradan keçirdi. Mən köçkünlükdə olanda həmişə deyirdim ki, ayağım yalnız Cəbrayıl azad olunandan sonra yerə möhkəm dəyəcək. Şükürlər olsun ki, o günü gördüm".

Müzəffər Ordumuzun və şəhidlərimizin qəhrəmanlığı sayəsində doğma yurduna qayıdan Ramiz müəllim şəhərin qısa müddətdə keçdiyi möhtəşəm dəyişikliyi bu sözlərlə ifadə edir: "2021-ci ildə bura ilk dəfə gələndə hər tərəf bomboz idi, ürəyim ağrıdı. Lakin 2024-cü ildə ailəmlə tamamilə köçüb gələndə qarşımda gözəl bir mənzərə gördüm. Müasir binalar tikilib, geniş küçələr salınıb. Dövlətimiz bizə hər cür şəraiti olan mənzillər verib. Böyük oğlum da ailəsi ilə birlikdə artıq buradadır. Şəhərimiz gözümüzün qarşısında dirçəlir və mən fəxr edirəm ki, Cəbrayılın bu yeni, işıqlı tarixinin canlı bir hissəsiyəm".

Validə xanımla Ramiz müəllimin ömür hekayəsi – otuzillik yurd həsrətini böyük qürurla silən bütöv bir xalqın Böyük Qayıdış rəmzidir. Uşaq gülüşləri ilə canlanan yeni, müasir binaları seyr etmək sadəcə bir ailənin sevinci deyil, bütövlükdə dirçələn Cəbrayılın, Qarabağın real mənzərəsidir. Bu gün doğma torpaqda inamla atılan hər addım, fəaliyyətə başlayan hər yeni mərkəz və işıqlı küçələr sübut edir ki, bu qədim yurdun əsl sahibləri əbədi olaraq geri dönüblər. Qədim Cəbrayıl öz zəngin tarixi köklərindən güc alaraq sabaha doğru daha inamla irəliləyir. Müzəffər Ordumuzun qazandığı tarixi Zəfər və dövlətimizin sarsılmaz qüdrəti sayəsində bu torpaqlarda yanan ocaqlar bir daha heç vaxt sönməyəcək. Çünki bu yeni, işıqlı salnaməni öz canı və qanı qədər sevdiyi Vətəninə bağlı olan qəhrəman insanlar yazır.

Müxbir - Aydın Yavərzadə
“Bir eyvanım keçmişə, digəri gələcəyə baxır...” REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür