Bir gündə 700-dən çox miqrant Böyük Britaniyaya keçib
London, 12 avqust, AZƏRTAC
Avqustun 11-də 700-dən çox miqrant 11 qayıqla La-Manş boğazını keçərək Böyük Britaniyaya gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bazar günü Britaniyaya qanunsuz yollarla keçən 11 qayıqda 703 nəfərə rast gəlinib. Bu isə hər qayıqda orta hesabla 64 nəfərin olduğunu göstərir.
Qeyd edək ki, 2024-cü ildə kiçik qayıqlarla Böyük Britaniyaya keçən qanunsuz miqrantların ümumi sayı 18 min 342 nəfərdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]