Bir sıra şirkətlər turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a və digər normativ-hüquqi aktlara əsaslanaraq cari ilin oktyabr ayı ərzində bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Europe Travel Assistance”, “Delta Group LTD”, “Orient Travel”, “Crystal Entertainment” MMC-lər turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.
Bununla da respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 266-ya çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]