Bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib
Bakı, 3 oktyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və digər normativ-hüquqi aktlara əsaslanaraq sentyabr ayında bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, "Hərbi Ovçuluq İttifaqı", "Falcon Travel", "Level Travel", "Onset" və "Rİİ Travel" MMC-lər, həmçinin "Xəzər" firması turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.
Bununla da respublika ərazisində xüsusi razılıq əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 285-ə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]