Birinci tarix olimpiadasında 61 məktəbli qalib olub
Bakı, 21 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Zəfər” məktəblilərarası I tarix olimpiadasının qalibləri müəyyənləşib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, olimpiadanın nəticələrinə əsasən, mərkəzləşmiş qaydada keçirilən şəhər turunda iştirak etmiş 509 şagirddən 11 nəfər I, 14 nəfər II, 36 nəfər isə III yerin qalibi olub.
Şəhər turunun nəticələrinə əsasən, şagirdlər diplom, medal və hədiyyələrlə təltif olunacaqlar.
Olimpiadanın yekununda qalib şagirdlərdən ibarət komandalar yaradılaraq “Kim? Nə? Harada?” intellektual oyunu təşkil ediləcək. Oyunda ilk 3 yerə layiq görülən komanda diplomla təltif olunacaq.
Qeyd edək ki, olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən müharibəsində qazanılmış parlaq qələbə və qəhrəman ordumuzun zəfər yolu barədə məktəbliləri məlumatlandırmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]