Birinci yarımildə Bakıda içki istehsalı artıb, tütün azalıb
Bakı, 10 avqust, AZƏRTAC
Paytaxtın emal sənayesində cari ilin yanvar-iyun aylarında 5 milyard 355 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 1002,5 milyon manat dəyərində məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalı 26,8 faiz, içki istehsalı 9,6 faiz artıb, tütün məmulatlarının istehsalı isə 24,4 faiz azalıb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 0,1 faiz azalıb, pendir və kəsmik istehsalı isə 2,2 dəfə artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]