Birləşmiş Ştatların neft ehtiyatları 489 milyon barrelə düşüb
Bakı, 16 oktyabr, AZƏRTAC
ABŞ-ın xam neft ehtiyatları azalır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 3,8 milyon barrel (0,8 faiz) azalaraq 489,1 milyon barrel olub. Bu göstərici aprel ayından bəri ən aşağı səviyyədir. Bazar proqnozları ehtiyatların 2,8 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 500 min barrel artmışdı.
Ölkənin distillə edilmiş neft ehtiyatlarında 2003-cü ildən bəri ən böyük azalma qeydə alınıb.
ABŞ-ın strateji neft ehtiyatları isə 1,2 milyon barrel azalaraq 640,8 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 1,6 milyon barrel (0,7 faiz) azalaraq 225,1 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,4 milyon barrel azalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]