BİRLİYİN TEXNİKA PARKI ZƏNGİNLƏŞİR
Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən AZƏRTAC-a bildirmişlər ki, sanitar-təmizlik işlərinin aparılmasında texnika parkının zənginləşdirilməsi böyük rol oynayır. Ötən il Dövlət Neft Şirkətinin köməyi ilə Rusiya istehsalı olan xüsusi təyinatlı 2 maşın alınaraq əvəzsiz olaraq qurumun istifadəsinə verilmişdir. Rayon bələdiyyəsi isə Almaniyada istehsal olunmuş “MAN” markalı 2 maşın gətirmişdir. Birlik həmin maşınlardan müqavilə yolu ilə istifadə edir.
Bu gün ərazidən məişət tullantıları 40-a yaxın müxtəlif markalı yük maşını vasitəsilə Balaxanı poliqonuna daşınaraq burada zərərsizləşdirilir.