Biz şəhidlərimizlə fəxr edirik
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Ümumxalq Hüzn Günündə şəhidlərimizin məzarlarını ziyarət etməyə gələn məktəblilər sırasında 136 nömrəli məktəbin şagirdi Cavid Feyziyev də vardır.
Sinif yoldaşları ilə birlikdə Şəhidlər xiyabanını tez-tez ziyarətə gəldiklərini bildirən Cavid Feyziyev demişdir: “Biz şəhidlərimizlə fəxr edirik. Onlar xalqımızın qəhrəmanlıq tarixini yazanlardır. Mən 20 Yanvar faciəsini televizorda görmüşəm, müəllimlərimin, valideynlərimin xatirələrindən eşitmişəm. Qanlı Yanvar Azərbaycanın azadlığının başlanğıcı olmuşdur. Həmin gecə qətlə yetirilənlər arasında bizim kimi məktəblilər də vardır. Biz böyüyürük, yaşa doluruq. Amma Larisa ilə İlqarı Azərbaycan məktəbliləri daim bu yaşda tanıyacaqlar. Onlar xalqımızın şərəf tarixinə adlarını qızıl hərflərlə həkk edən ilk məktəblilərdir. Allah bütün şəhidlərimizə rəhmət etsin!”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]