“Biznesə daxilolma” işçi qrupunun iclası keçiriləcək
Bakı, 31 iyul, AZƏRTAC
Avqustun 2-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru üzrə cavablandırılmış sorğu vərəqəsi və qiymətləndirmə nəticələrinə dair hazırlanmış arayış Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinə və işçi qrupun üzvlərinə təqdim olunacaq, qarşıda duran vəzifələr müzakirə ediləcək.
Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət” (https://azranking.az/online-apply) bölməsi və keçiriləcək iclasla əlaqədar “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər verə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]