Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biznesin maliyyə dayanıqlığı kontekstində sağlamlaşdırma və müflisləşmə mexanizmləri mühüm rol oynayır – MÜSAHİBƏ

Biznesin maliyyə dayanıqlığı kontekstində sağlamlaşdırma və müflisləşmə mexanizmləri mühüm rol oynayır – MÜSAHİBƏ

Bakı, 16 dekabr, AZƏRTAC

Azərbaycanda biznes mühitinin dayanıqlığının artırılması, maliyyə çətinliyi ilə üzləşən sahibkarlıq subyektlərinin qorunması və kreditor maraqlarının daha balanslı təmin edilməsi məqsədilə sağlamlaşdırma və müflisləşmə sahəsində yeni yanaşmalar gündəmdədir. Dünya Bankının meyarları və qabaqcıl beynəlxalq təcrübə bu sahədə aparılan islahatların əsas istiqamətlərini müəyyənləşdirir. Beynəlxalq aləmdə formalaşan trendlər, xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün sadələşdirilmiş mexanizmlər və preventiv restrukturizasiya alətləri bu prosesdə mühüm rol oynayır. Bu mövzu ətrafında mövcud beynəlxalq təcrübə, aktual çağırışlar və mümkün hüquqi mexanizmlər barədə daha ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, İngiltərə və Uelsin Yüksək Məhkəmələrinin solisitoru, transsərhəd müflisləşmə və restrukturizasiya hüququ üzrə ekspert Dr.Abbas Abbasov AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Bildiyiniz kimi, hal-hazırda Azərbaycanda Dünya Bankının meyarlarına, o cümlədən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq sağlamlaşdırma və müflisləşmə sahəsində islahatların aparılması gündəmdədir. Bəs bu sahədə beynəlxalq təcrübədə hansı trendlər mövcuddur?

- Bəli, Dünya Bankının “Business Ready (B-READY)” hesabatında “Biznesin Müflisləşməsi”nin ayrıca mövzu kimi nəzərdə tutulması Azərbaycanda da bu sahəyə marağın artmasına səbəb olub və müəyyən islahatların aparılması müzakirə olunmaqdadır.

Beynəlxalq təcrübədə mövcud trendlərə gəldikdə, iki əsas məqamı vurğulamaq istərdim. Birincisi mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün sadələşdirilmiş ləğvetmə və sağlamlaşdırma prosedurları ilə bağlıdır. Son illərdə Dünya Bankı, UNCITRAL kimi bir sıra beynəlxalq təşkilatlar öz tövsiyə xarakterli sənədlərində bu məsələyə geniş yer ayırırlar. Yeri gəlmişkən, müvafiq sadələşdirilmiş rejimə Dünya Bankının qeyd etdiyimiz hesabatında da ayrıca olaraq istinad edilir. İkinci məqam olaraq preventiv restrukturizasiya mexanizmlərini qeyd etmək yerinə düşərdi.

- Mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün sadələşdirilmiş rejim nə üçün lazımdır və həmin rejimin əsas xüsusiyyətləri nədən ibarətdir?

- Bu növdən olan sahibkarlıq subyektlərinin müflisləşmə işləri bir sıra ümumi xüsusiyyətlərə malikdir. Birincisi, qeyd edilən sahibkarlıq subyektləri bir çox hallarda mühasibatlıq işlərini lazımi qaydada aparmayan ailə biznesləridir. İkincisi, həmin işlərdə adətən kreditorların təmin edilməsi üçün əmlak kütləsi ya ümumiyyətlə mövcud olmur, ya da çox az miqdarda olur. Daha sonra bu işlərdə kreditorların əməkdaşlıq etməyə meyilli olmadıqlarını qeyd etmək olar. Nəhayət, bu bizneslər say etibarilə mütləq əksəriyyət təşkil edir və onların ümumi rejim üzrə, yəni məhkəmənin nəzarəti altında müflisləşməsi məhkəmə sisteminin onsuz da məhdud olan resurslarını tükətmək potensialına malikdir. Qeyd edilənləri nəzərə alaraq, qabaqcıl beynəlxalq təcrübə bu kateqoriyadan olan dayanıqlı bizneslərin sağlamlaşdırılmasının, dayanıqlı olmayanların isə ləğvinin sürətli və az xərc tələb edən prosedurlarını tövsiyə edir. Müvafiq prosedurlar xərclərə qənaət etmək və inzibati yükü minimuma endirmək məqsədlərinə nail olmaq üçün, bir qayda olaraq, məhkəmənin iştirakını, müflisləşmə inzibatçısının təyin edilməsini və kreditor orqanlarının formalaşdırılmasını nəzərdə tutmur.

- İkinci əsas məqam kimi preventiv restrukturizasiya mexanizmlərini qeyd etdiniz. Preventiv restrukturizasiya prosesi özündə nəyi ehtiva edir?

- Ümumiyyətlə, preventiv restrukturizasiya maliyyə çətinliyi və ya müflisləşmənin astanasında olan, lakin hələ müflis olmamış borclunun müflisləşməsinin qarşısının alınması məqsədilə həyata keçirilən və özündə müxtəlif tədbirləri ehtiva edən bir prosesdir. Bu cür tədbirlərə mövcud borcların məbləğinin azaldılması, icra müddətinin uzadılması və digər borc alətləri ilə əvəz edilməsini misal gətirmək olar. Restrukturizasiya planı maraqlarına toxunulan bütün kreditorların və ya onların ayrı-ayrı qruplarının qanunla müəyyən edilmiş çoxluğu (məsələn, hər bir qrup daxilində ümumi tələblərin üçdə ikisinə malik olan kreditorlar) tərəfindən qəbul edildiyi və məhkəmə tərəfindən təsdiq edildiyi andan maraqlarına toxunulan bütün kreditorlar üçün məcburi olur. Bu nəticə, həmçinin həmin planın əleyhinə səs vermiş, azlıq təşkil edən kreditorlara da şamil olunur.

- Preventiv restrukturizasiya hansı üstünlüklər təklif edir?

- Qeyd edilməlidir ki, sağlamlaşdırma prosesinə nə qədər erkən başlanılsa, onun uğurlu olmaq ehtimalı artır. Borclu müflis olduqdan sonra isə sağlamlaşdırmanın uğurlu olması ehtimalı əhəmiyyətli şəkildə azalır. Uğurlu preventiv restrukturizasiya prosesinin bir çox üstünlüklərindən danışmaq yerinə düşər. Prosesdən ən çox fayda götürənlər elə kreditorlar özləridir. Belə ki, restrukturizasiyanın baş tutmadığı halda borclu böyük ehtimal müflis elan olunacaq və onun mövcud əmlakının satışından əldə edilən vəsaitlər kreditorlar arasında onların ilkin tələblərinə mütənasib şəkildə bölüşdürüləcək. Müxtəlif ölkələrin statistikası göstərir ki, bu zaman təminatsız kreditorların geri qaytara bildikləri məbləğin onların ilkin tələblərinə münasibətdə ortalama faiz nisbəti bir rəqəmli olur. Sadə misalla desək, ilkin tələbinin məbləği yüz manat təşkil edən orta statistik təminatsız kreditora müflisləşmə icraatı çərçivəsində satışdan əldə olunan vəsaitlərdən çatası məbləğ heç on manata çatmır. Borclunun hələ müflis olmadığı dövrdə uğurlu preventiv restrukturizasiya tədbirləri vasitəsilə isə kreditorlar özlərinin ilkin tələblərinin əhəmiyyətli dərəcədə yüksək hissəsinin ödənilməsinə nail ola bilərlər. Bundan başqa, bir müəssisənin müflisləşmə nəticəsində ləğv edilməsinin qarşısının alınması, eyni zamanda, bir iş yerinin və vergi ödəyicisinin xilas edilməsidir. Təsadüfi deyil ki, son illərdə müxtəlif yurisdiksiyalarda qanunvericiliyə yeni preventiv restrukturizasiya mexanizmlərinin daxil edilməsi müşahidə olunur. Məsələn, Avropa İttifaqının 2019-cu ildə qəbul edilmiş Restrukturizasiya və Müflisləşmə haqqında Direktivi üzv dövlətlərin üzərinə öz qanunvericiliklərində belə mexanizmlərin mövcudluğunu təmin etmək öhdəliyi qoyur.

- Qeyd etdiniz ki, restrukturizasiya planının qəbulu üçün heç də bütün kreditorların razılığı tələb olunmur, müəyyən çoxluğun razılığı kifayətdir. Bəs planın əleyhinə səs vermiş azlıq təşkil edən kreditorların hüquqları hansısa formada qorunurmu?

- Çox vacib məqama toxundunuz. Belə ki, restrukturizasiya mexanizmləri mülki hüququn əsas prinsiplərindən biri olan müqavilə azadlığından kənara çıxmağa imkan verir. Yəni, kreditorun razılığı olmadan onunla bağlanmış müqavilənin şərtləri dəyişdirilə bilər: borcun məbləği azaldıla bilər, icra müddəti uzadıla bilər və s. Odur ki, müvafiq restrukturizasiya tədbirinə etiraz edən kreditorların hüquqlarının qorunması istənilən restrukturizasiya mexanizminin ən mühüm aspektlərindən birini təşkil edir. Bu zaman bütün hallarda minimum tələb restrukturizasiya planında həmin kreditora təklif edilən dəyərin kreditorun borclunun müflisləşmə icraatında ləğv ediləcəyi halda əldə edəcəyi dəyərdən çox olmasıdır. Yəni, ilkin tələbinin dəyəri min manat təşkil edən kreditor ləğv nəticəsində yüz manat əldə edəcəkdisə və restrukturizasiya planı həmin kreditora səksən manat ödənilməsini nəzərdə tutursa, həmin kreditorun hüququnun pozulduğunu və onun etirazının haqlı olduğunu iddia etmək olar. Bu, məhkəmənin planın təsdiq edilməsindən imtinası üçün əsasdır. Bu tələbə Dünya Bankının qeyd etdiyimiz hesabatında da rast gəlinir. Bundan əlavə, bəzi restrukturizasiya mexanizmləri restrukturizasiya planının bütün kreditorlar qrupu tərəfindən qəbul edilmədiyi halda da təsdiqinə imkan verir. Bu zaman təbii ki, planın əleyhinə səs vermiş qrupun maraqlarının qorunması üçün daha yüksək tələblər müəyyən edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İsmayıllı-2” kiçik su elektrik stansiyasında indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Media: Rusiyanın Nijnekamsk şəhərinə dron hücumu nəticəsində 10 nəfər ölüb

Pakistanlı ekspert: Vaşinqton prosesi Azərbaycan üçün yeni strateji imkanlar açır

Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək

Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı  FOTO  VİDEO

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı FOTO VİDEO

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü verələcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub