BMT ilə İƏT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Qahirə, 21 sentyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin arasında Nyu-Yorkda keçirilən görüşdə dünyanın iki böyük beynəlxalq təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
AZƏRTAC İƏT Baş Katibliyinin mətbuat açıqlamasına istinadla xəbər verir ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilən görüşdə hər iki baş katib əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edib. A.Quterreş İƏT-in Yaxın Şərq və İslam aləmində, həmçinin bütün dünyada sülhün və sabitliyin bərqərar olmasında mühüm rolunu vurğulayıb.
Y.Əl-Osaymin, öz növbəsində, BMT-nin qlobal çağırışlar fonunda fəaliyyətinin daha da güclənməsinin vacibliyini qeyd edib, rəhbərlik etdiyi təşkilatın bu işə töhfə verəcəyini bildirib.
Görüşdə beynəlxalq məsələlər, o cümlədən silahlı münaqişələr, terrorizmlə mübarizə, iqlim dəyişikliyi və sair mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [19:11]
“Uber” 3300 nəfəri işdən çıxaracaq
- 02.09.2026 [18:28]