BMT-NİN BİNASI QARŞISINDA PİKET KEÇİRİLMİŞDİR
Nyu-York, 28 fevral (AZƏRTAC). Erməni millətçi separatçılarının Dağlıq Qarabağın Xocalı şəhərinin dinc sakinlərinə tutduqları amansız divanın növbəti ildönümü ilə əlaqədar fevralın 27-də Birləşmiş Millətlər Təşkilatının binası qarşısında etiraz piketi keçirilmişdir.
Aksiyanın iştirakçısı, Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədov AZƏRTAC-ın müxbirinə demişdir: “Məşhur 4-cü strit və 1-ci avenyu küçələrinin kəsişdiyi yerə gələnlər arasında təkcə həmvətənlərimizi deyil, həm də Nyu-Yorkun digər milli icmalarının nümayəndələrini gördüm. Onların bir çoxu dərdimizə şərik olan, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən amerikalı dostları ilə gəlmişdilər. Piket iştirakçıları əllərində 1992-ci ilin fevralında törədilmiş amansız qətliamın təşkilatçılarının və icraçılarının cəzalandırılması tələb edən transparantlar tutmuşdular. Yoldan keçənlərə illüstrasiyalı vərəqələr paylanırdı. Ətrafa səsucaldanlar vasitəsilə səsləndirilən “Ermənistana ar olsun!”, “Qarabağa ədalət!”, “Ermənistan Qarabağdan rədd ol" və başqa şüarlar yayılırdı. Əminəm ki, Nyu-Yorkun mərkəzində keçirilən iki saata yaxın piket müsbət rol oynadı. Bir çox insanlar bizə yaxınlaşıb vəziyyətlə maraqlanır, başsağlığı verirdilər. Bir sözlə, faciəmiz haqqında həqiqəti elə özümüzdən öyrənirdilər”.
Tomris Azəri başda olmaqla, Amerika Azərbaycanlıları Cəmiyyətinin təşkil etdiyi etiraz aksiyasında Milli Məclisin deputatları Qənirə Paşayeva, Həvva Məmmədova, ABŞ-dakı dağ yəhudiləri diasporunun mədəniyyət mərkəzinin prezidenti Yakov Abramov, diplomatik nümayəndəliklərimizin əməkdaşları, buradakı ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr iştirak edirdilər.
Sonda tədbir iştirakçıları qətnamə qəbul etmişlər. Sənəd BMT-nin baş katibinə təqdim ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]