BMU tələbəsi İKTA-nın müsabiqəsində I yerin qalibi olub
Bakı, 5 iyun, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin III kurs tələbəsi Zülayə Mahmudova “Rəqəmsal dövrdə internet xidmətlərinin tənzimlənməsi” mövzusunda keçirilən yazı müsabiqəsində I yerə layiq görülüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən təşkil olunan müsabiqədə BMU tələbəsi “Telekommunikasiya sahəsində tənzimləyici çərçivə və informasiya təhlükəsizliyi məsələləri” kateqoriyası üzrə çıxış edib. Onun təqdim etdiyi yazı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və müsabiqənin qalibi olub.
BMU tələbəsinə müvafiq sertifikat və hədiyyə təqdim edilib.
Qeyd edək ki, müsabiqəyə ümumilikdə 60-dan çox müraciət daxil olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]